İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən yaşlı erkək pandası öldü

1523 29.12.2016 06:23 Yaşam A A
Çinin Siçuan qəsəbəsində dünyanın ən yaşlı erkək pandası ölüb. “Pan-Pan” ləqəbli pandanın 31 yaşı olub.

Heyvan pandaların müdafiə və araşdırma mərkəzində saxlanırdı. 2015-ci ilin sentyabrında panda öz 30 illiyində zoobağın əməkdaşlarından buz heykəlini xatırladan tort hədiyyə alıb. Həmin tortu da kök rəngində rəngləyiblər. “Pan-Pan” 130 dəfə ata olub. Bu ilin oktyabrında isə Honq-Konqda dünyanın ən yaşlı dişi pandası 38 yaşında ölmüşdü. 

“Tzya- Tzya” ləqəbli panda bütün dünyada məşhur idi. Hazırda dünyada ən yaşlı panda 36 yaşlı “Basa” ləqəbli pandadır. Bir qayda olaraq, pandalar 30 ilə qədər yaşayırlar.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR