İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ paltarlar və aspirin...

2999 06.01.2017 06:57 Yaşam A A
Bütün  evdar  qadınların  arzusu  ağ  paltarların  uzun  müddət  istifadədən  sonra  ağ qalmasıdır. Ancaq  buna  nail olmaq  çox  çətindir.

Bəzən ağ paltarların ağappaq qalmas ı üçün müxtəlif  kimyəvi ağardıcılardan istifadə edilir ki, bu da həm cibə, həm də həssas dərili uşaqlara zərərdir. Ağ paltarlarınızın ilk günkü kimi ağ qalmasını istəyirsinizsə, paltaryuyan maşına yuyucu toz tökdüyünüz zaman üstünə aspirin əlavə edin. Aspirin həm paltarlarınızın rəngini ağardacaq, həm də ləkələrin təmizlənməsini sürətləndirəcək. 1 kq ağ paltara 1 tablet aspirin kifayət edir. Əgər ağ paltarlarınıza ləkə düşübsə, o zaman aspirini soyuq suda həll edib ləkənin üstünə tökün və bir müddət gözləyin.

Ləkənin yox olacağının şahidi olacaqsınız. Bu zaman suyun soyuq olması vacibdir. Çünki ilıq suda həll olan aspirin ləkələri çıxartmaq qabiliyyətinə malik deyil./Milli.Az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR