İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyanın ən soyuq yeri

4900 10.12.2013 02:57 Yaşam A A
Amerikanın Beynəlxalq Qar və Buz Ölçüm Mərkəzi dünyanın ən soyuq nöqtəsini kəşf edib. Antarktika qitəsi üzərindəki təxmini hündürlüyü 4 min metr olan Dome Fuji dağında havanın temperaturu -91 dərəcədir. Mütəxəssislər 91 dərəcə temperaturda insanın gözlərinin, burnunun, hətta ağciyərinin belə dona biləcəyini deyirlər. Məhz bu səbəbdən də alimlər Antarktida dağındakı havanın temperaturunun yalnız xüsusi cihazlarla ölçmək mümkün olub. Araşdırmanı aparan mərkəz sadəcə bir kvadrat kilometrlik ərazidə, sakit hava şəraitində ölçüm apardığı üçün bu nəticəni əldə edib. Əgər havanın temperaturu fırtınalı hava şəraitində ölçülsəydi temperaturun daha aşağı ola bilirdi. 

Məlumat üçün bildirək ki, bundan əvvəlki ən mənfi temperatur rus alimləri tərəfindən Antarktida qitəsində 1983-cü ildə ölçülmüşdü. Həmin yerdə havanın temperaturu 89 dərəcə idi. Yaşayış sahələrində isə ən aşağı temperatur Oymyakon kəndində -71 dərəcə olaraq qeyd edilib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR