İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyada siqaret çəkənlərin sayı ən aşağı həddə enib

719 13.09.2018 00:10 Dünya A A

Yaponiya Səhiyyə Nazirliyinin keçirdiyi sorğunun nəticələrinə görə, ölkədə siqaret çəkənlərin sayı ən aşağı həddə enib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, nazirlik 20 yaşdan yuxarı təqribən 6500 nəfər kişi və qadın arasında siqaret çəkmək vərdişi barədə sorğu aparıb.

Kişi respondentlərin 29,4 faizi bildirib ki, onlar müntəzəm şəkildə siqaretdən istifadə edirlər. 1986-cı ildən bəri bu sorğunun aparıldığı müddətdə ilk dəfə onların sayı 30 faizdən aşağı düşüb.

Qadınların isə yalnız 7,2 faizi daim siqaret çəkdiklərini deyiblər. Ümumi nəticədə hər iki cinsdən olan siqaret çəkən yaponların sayı ən aşağı rekord göstəriciyə - 17,7 faizə bərabər olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR