İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya Rusiyadan 4 adanı tələb edir 

1594 19.04.2018 21:08 Qalmaqal A A

Yaponiya Kuril adalarında keçirilən hərbi təlimlərə görə rəsmi Moskvaya etiraz edib.

Axar.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosixide Suqa danışıb.

“Diplomatik kanallar vasitəsilə biz (rus tərəfinə) etirazımızı bəyan etdik, çünki dörd şimal adasında hərbi gücün inkişafı ölkəmizin mövqeyi ilə uyğun deyil”, - baş katib bildirib.

Suqanın sözlərinə görə, münasibətlərin tənzimlənməsi üçün ərazi məsələsi həll edilməlidir:

“Biz dörd şimal adasının qaytarılması və sülh müqaviləsinin bağlanması barədə təcili müzakirələr aparmaq niyyətindəyik”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR