İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiya mübahisəli adalar ətrafında keçirilən təlimlərə görə Cənubi Koreyaya etirazını bildirib

379 13.12.2018 17:25 Son xəbər A A

Dekabrın 13-də Yaponiya hökuməti Yapon dənizində yerləşən mübahisəli Takeşima (Tokto) adaları rayonunda hərbi təlimlərin başlanması ilə əlaqədar Koreya Respublikasına etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Etirazın qarşı tərəfə diplomatik kanallar vasitəsilə çatdırıldığı bildirilir. Notada Yaponiya tərəfi yolverilməz adlandırdığı təlimlərin dayandırılmasını tələb edir. Agentliyin bildirdiyinə görə, iki gün davam edəcək təlimlərdə Koreya silahlı qüvvələrinin ən azı səkkiz gəmisi, F-15 qırıcıları və P-3C patrul təyyarələrinin daxil olduğu aviasiya qrupu iştirak edir. Sonuncu dəfə Cənubi Koreya belə təlimləri cari ilin iyununda keçirib.

Bir neçə kiçik adadan ibarət olan Takeşima arxipelaqı koreyalıların Şərq dənizi adlandırdığı Yapon dənizinin qərbində yerləşir. Bu adalar qrupu 1945-ci ildə, Koreya Yaponiyanın koloniyasından azad edildikdən sonra beynəlxalq mübahisə mövzusuna çevrilib. Hazırda həmin adalar Koreya Respublikası silahlı qüvvələrinin nəzarəti altındadır və burada kiçik qarnizon yerləşir.

Tokionun mövqeyinə görə, 1905-ci ildə Yaponiya imperiyasının tərkibinə daxil edilən həmin adaları Cənubi Koreya qeyri-qanuni zəbt edib. Cənubi Koreya və eyni zamanda, Koreya Xalq Demokratik Respublikası isə bəyan edirlər ki, bu kiçik arxipelaq tarix boyu Koreya dövlətinin tərkibində olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR