İnsanlara hürriyət, millətlərə istiqlal!

Xırdalanda şirkət avtomobili qəzaya uğrayıb, ekspeditor ölüb-FOTO

7672 11.03.2017 01:24 Kriminal A A

Xırdalan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Musavat.com xəbər veroir ki, “Coca-cola” şirkətinə məxsus “İsuzu” markalı yük maşını Xırdalan şəhəri ərazisində daşla yüklü “KamAZ” markalı avtomobilə arxadan çırpılıb.

 

Qəza nəticəsində “Coca-cola” şirkətində ekspeditor vəzifəsində çalışan 1982-ci il təvəllüdlü Aydın Kosayev hadisə yerində dünyasını dəyişib. Sürücünün avtomobili və dünyasını dəyişən iş yoldaşını qoyaraq hadisə yerindən uzaqlaşdığı bildirilir. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Qeyd edək ki, 35 yaşlı Aydın Kosayev iki azyaşlı övlad atasıdır. Onun həyat yoldaşı üçüncü övladlarına hamilədir.

 

Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR