İnsanlara hürriyət, millətlərə istiqlal!

Xedira daha 3 il "Yuventus"da - rəsmi

"Yuventus" futbolçusu Sami Xedira ilə müqaviləni yeniləyib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Almaniya millisinin üzvü 2021-ci ilə qədər Turin təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi 2015-ci ildə "Real"dan "Yuventus"a keçib. Xedira "Yuventus"un heyətində 3 dəfə İtaliya çempionu olub, 3 dəfə İtaliya kubokunu və 1 dəfə İtaliya Superkubokunu qazanıb.

Şərh yoxdur