İnsanlara hürriyət, millətlərə istiqlal!

Ümid Partiyası Rauf Arifoğlunu təbrik etdi - FOTOLAR

1901 19.07.2016 15:19 Xəbər xətti A A

Ümid Partiyası "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunu qarşıdan gələn (23 iyul) 50 illik Yubileyi münasibətilə təbrik etdi

İyulun 19-unda Ümid Partiyasının Ali Məclisinin sədri Rafail Tağızadə, İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə sədr müavini Səməd Hətəmov, Təbliğat məsələləri üzrə sədr müavini Tamilla Qulami, Mətbuat və İnformasiya məsələləri üzrə sədr müavini Elman Abbasov "Yeni Müsavat" qəzetinə gələrək, qəzetin baş redaktoru Rauf Arifoğlunu 50 illik yubileyi münasibətilə təbrik edib. 

Qonaqlar partiya adından R.Arifoğluna üzərində " «Yeni Müsavat » qəzetinin sahibi, dəyərli jurnalist, Azərbaycanda söz və mətbuat azadlığı üçün ciddi töhfələr vermiş Rauf Arifoğlunu 50 illik yubileyi münasibətilə təbrik edərək şəxsinin və "Yeni Müsavat"ın  Ümid Partiyasının dostu olduğunu bir daha bəyan edirik",  yazılmış plaket təqdim edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR