İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilərin atəşkəsi pozması nəticəsində biri uşaq olmaqla daha iki mülki şəxsi yaralanıb

2029 03.04.2016 01:55 Xəbər xətti A A
Erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttindəki Seyidimli kəndini artilleriya atəşinə tutması nəticəsində kənd sakinlərindən iki nəfər yaralanıb. 
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə,  ermənilərin atdığı mərmilərdən biri kənd sakini Sahib Vəliyevin evinə düşüb.
 
Nəticədə 1951-ci il təvəllüdlü S. Vəliyev və onun nəvəsi, 2003-cü il təvəllüdlü  Vəlizadə Sənan Saleh oğlu yaralanıb. Yaralılar Tərtər Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
Xəstəxanadan APA-ya yaralıların daxil olması faktı təsdiqlənib. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR