İnsanlara hürriyət, millətlərə istiqlal!

Banqladeşli professor qətlə yetirilib

863 24.04.2016 06:59 Xəbər xətti A A

Banqladeşdə universitet professoru öldürülüb. Polis onun qətli ilə son aylar ərzində öldürülən bloqçu və ateist fəalların qətli arasında bənzərliyin olduğunu bildirir.

Hərçənd ki, mərhumun həmkarlarına əsasən cənab Siddiq ateist olmayıb və dini mövzularla bağlı bəyanatlar verməyib.

Ötən il dünyəvilik tərəfdarı olan 4 tanınmış bloqçu maçete ilə qətlə yetirilib.

58 yaşlı Rezaul Kərim Siddiq ölkənin qərbindəki Rajshahi Universitetində ingilis dili müəllimi olub.

O, işdən evə qayıdarkən avtobus dayanacağında naməlumların hücumuna məruz qalaraq maçete ilə döğranılaraq öldürülüb.

Polis mərhumun boğazında ən azı 3 dərin kəsiyin olduğunu bildirir.

Güman edilir ki, hücum islamçı ekstremistlərin işidir.

Son aylar ərzində ateist baxışları ilə tanınan bir sıra bloqçu və fəala maçete və ət bıçaqlarının istifadəsilə ölümcül basqınlar törədilib.

Baqmara şəhərində müsiqi məktəbini yaradan professor Siddiq həmçinin bir sıra mədəniyyət tədbirlərinin də təşkilatçısı olmuşdu. O, yerli ədəbiyyat dərgisinin redaktoru idi.

Baqmara qanundan kənar elan edilmiş Jamayetul Mujahideen Bangladesh (JMB) qruplaşmasının istehkamı sayılır.

Aprel ayında əl-Qaeda təşkilatı qətlə yetirilmiş hüquqşünas tələbənin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Lakin ölkə ərazisində beynəlxalq islamçı ekstremistlərin olmadığını deyən polis hesab edir ki, basqın yerli dini radikalların əməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR