İnsanlara hürriyət, millətlərə istiqlal!

Xaləddin İsgəndərov işdən çıxarıldığını təsdiqlədi

9097 17.05.2018 16:02 Son xəbər A A

Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tutduğu vəzifədən azad olunub. Bu haqda prezident İlham Əliyev sərəncam verib. Artıq Xaləddin İsgəndərov işçilərlə vidalaşıb. X.İsgəndərovun Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə prezidet sərəncamı elan olunub.

Xaləddin İsgəndərov “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində deyib: “Xəbər düzdür. Artıq işsizəm. Yığışıb gedirəm evə”.

Yeni bir vəzifəyə təyinat alıb-almaması ilə bağlı suala o, “heç bir vəzifəyə təyinat almamışam” cavabı verib.

Xaləddin İsgəndərov Binəqədi rayon icra hakimiyyətinin başçısı postuna 2012-ci ilin aprelində təyinat almışdı. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan vergilər naziri Fazil Məmmədovun yeznəsidir. F.Məmmədov ötən ilin dekabr ayında işdən çıxarılandan sonra X.İsgəndərovun da tezliklə vəzifədən uzaqlaşdırılacağı haqda mətbuatda yazılar gedirdi.

FERMAN.jpg (51 KB)

E.MƏMMƏDƏLİYEV
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR