İnsanlara hürriyət, millətlərə istiqlal!

Viktoriya Bekhem ilk dəfə tatusuz göründü – VİDEO

610 13.12.2018 01:43 Şou-biznes A A

“Spice Girls” qrupunun sabiq üzvü, 44 yaşlı Viktoriya Bekhem British Fashion Awards mərasiminə toplaşanları təəccübləndirib.

Oxu.Az xəbər verir ki, Viktoriya moda mükafatının təqdim edilməsi mərasiminə əri Devid Bekhemlə gəlib.

Fanatları təəccübləndirən məqam Viktoriyanın bədənində ərinə daim sevgi sədaqətinin simvolu olan tatunun silinməsi olub.

V.Bekhem əvvəllər də bu tatudan bezdiyini dilə gətirsə də, onun bu cür radikal addım atacağını heç kim gözləməyib. Pərəstişkarlar bu qərarın dünya şou-biznesinin ən möhkəm cütlüyünün boşanmasına işarə olub-olmadığını düşünürlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR