İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ay elektrik borcunuz nə qədər oldu? - Paytaxt sakinləri arasında VİDEOSORĞU

2962 11.01.2017 21:45 Video A A
Son günlərin əsas müzakirə mövzularından biri də yeni tariflərin tətbiq olunmasından sonra aylıq enerji sərfiyyatı ilə bağlı “Azərişıq” ASC-dən evlərə göndərilən bildirişlərdir. 

Sosial şəbəkədə demək olar ki, bütün istifadəçilər bildirişlərin fotolarını paylaşaraq, aylıq enerji sərfiyyatının əvvəlki aylarla müqayisədə ən az iki dəfə artdığını qeyd edirlər. “Azərişıq” ASC-dən isə abonentlərə bildirilir ki, sayğacların oxunmasında və borcların hesablanmasında heç bir yanlışlığa yol verilməyib. Borcun artmasına səbəb insanların elektrik enerjisindən istilik üçün istifadə etməsidir. 

Hazırda gündəmdə olan bu müzakirəni nəzərə alaraq, biz də sadə vətəndaşların məsələyə münasibətini və aylıq elektrik borclarının nə qədər artmasını öyrənmək qərarına gəldik. 
Musavat.com olaraq şəhərin mərkəzi küçələrində təsadüfi qarşılaşdığımız insanların bu ay elektrik borcunun nə qədər olmasını soruşduq. 


Respondentlərin cavabı birmənalı olmadı. Bəziləri xərclərinin iki dəfə artdığını, bəziləri maaş və pensiyaların da artırılmasına ehtiyac olduğunu, bəziləri də qənaət edərək limiti keçmədiklərini bildirdilər.

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Məğrur Mərd
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR