İnsanlara hürriyət, millətlərə istiqlal!

Van Qoq qulağını kəsib bu qadına göndəribmiş

1412 22.07.2016 03:12 Vaxt axarı A A
Hollandiyalı məşhur rəssam Vinsent Van Qoqun kəsdiyi qulağını göndərdiyi gənc qadının kimliyi məlum olub.
 
Axar.az xəbər verir ki, “İncəsənət qəzeti” jurnalı (“The Art Newspaper”) Van Qoqla bağlı ötən həftə yayımlanan kitabdakı məlumatları araşdıraraq rəssamın kəsik qulağını fermer qızı Qabrielle Berlayer adlı gənc qadına göndərdiyini aydınlaşdırıb. Bu müəmma 128 il sonra ortaya çıxarılıb.
 
Jurnal araşdırmaçıları sözügedən qadının 1888-ci ildə rəssamın bir neçə ay qaldığı və dostları tərəfindən idarə edilən “Kafe de la Qare” adlı yeməkxanada xadimə işlədiyini qeyd edib.
 
Qeyd edək ki, indiyədək Van Qoqun kəsdiyi qulağını təsadüfi bir tanışına və ya yüngül həyat tərzi keçirən bir qadına hədiyyə etdiyi fərz olunurdu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR