İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevr müqaviləsinin gizli 19 maddəsi...

1917 24.12.2016 03:42 Vaxt axarı A A
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün çıxışında Sevr müqaviləsindən danışması bu sazişlə bağlı gizli qalan 19 maddəni gündəmə gətirib.

Axar.az xəbər verir ki, Ərdoğan ötən günkü çıxşında "Dünyaya və bölgəmizə yenidən nizam verilməyə cəhd olunduğu bu dönəmdə dayanıb dursaq özümüzə Sevr müaqviləsi şərtlərində yer seçmiş olarıq. Halbuki biz hələ Lozanna müqaviləsində itirdiklərimizin üzüntüsünü yaşayırıq", - demişdi.

10 avqust 1920-ci ildə imzalanan Sevr üzərindəki mübahisələr 94 ildən bəri davam edir. Sevr sazişinin məlum olmayan 19 maddəsini oxucularımıza təqdim edirik:

1. Avtomobillərin beynəlxalq dövriyyəsini qəbul edəcək;

2. Qadın ticarətini qadağan edib, qarşısını alacaq;

3. Güclü təsiri olan dərmanların formullarını birləşdirəcək;

4. Ticarət statistikası ümumiləşdiriləcək;

5. Tibbi gəmilər liman rüsumlarından azad ediləcək;

6. Dəniz qəzaları, humanitar yardım və xilasetmə ilə bağlı qaydalar birləşdiriləcək;

7. "Floksera"ya qarşı tədbir görüləcək;

8. Dənizin dibindəki kabelləri qoruyacaq;

9. Beynəlxalq Kənd Təsərrüfatı İnstitutunun yaradılmasını qəbul edəcəkdir;

10. Fransa, Belçika və Hollandiya ərazisindən axan "Eskault" çayı ilə səfər edən gəmilərin ödədikləri keçid haqqının geri alınmasını qəbul edəcək;

11. Gömrüklü əşya daşıyan vaqonların qapılarını möhürləyəcək;

12. Beynəlxalq İctimai Səhiyyə təşkilatını tanıyacaq;

13. Təsərrüfata faydalı quşları qoruyacaq;

14. Türkiyə vətəndaşı olmayan sənətkarların müəlliflik hüquqlarını himayə edib qoruyacaq;

15. Beynəlxalq səfərlərdə yük qatarlarının texniki sisteminin davamlı əyləc avadanlığının işləməsinə maneə olmayacaq hala gətirəcək;

16. Tarixi əsər tapmaq məqsədi ilə icazəsiz qazıntı işlərini qadağan edəcək, bunu etməyə çalışanları cəzalandıracaq;

17. Anlaşmanın imzalanmasından sonra Osmanlı İmperiyasından ayrılan regionlarda 1914-cü ildən öncə əldə edilən bütün tarixi əsərlər təhvil veriləcək;

18. Miqrantlara aid heç bir əşyaya toxunulmayacaq;

19. Zəhərli qazların istehsalını qadağan edəcəkdir;

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR