İnsanlara hürriyət, millətlərə istiqlal!

Təhsil Nazirliyi dərs ilinin uzadılması təklifini hökumətə təqdim edib

2513 31.07.2014 12:54 Təhsil A A
Təhsil Nazirliyi növbəti tədris ilində tədris ilinin müddətinin artırılması ilə bağlı təkliflər hazırlayaraq hökumətə təqdim edib.

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov APA-ya açıqlamasında deyib ki, hazırda məsələ hökumətin müzakirəsindədir. A. Əhmədov qeyd edib ki, ötən tədris ili başa çatmamışdan əsaslandırılmış təkliflər hazırlanaraq Nazirlər Kabinetinə verilib. Onun sözlərinə görə, bu məsələyə yüksək səviyyədə baxılmalı və müəyyən qərar qəbul olunmalıdır: “Bununla bağlı qərarı biz qəbul etmirik. Təkliflərə əsasən, növbəti tədris müddəti, dərs ili ərzində şagirdlər üçün tətil müddəti ilə bağlı məsələlər Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra bu barədə yerlərə rəsmi şəkildə məlumat veriləcək. Burada bəzi məsələlər var ki, onlar müzakirə olunmalı, yenidən baxılmalıdır. İndiki zamanda təkliflər barədə əlavə məlumat vermək düzgün deyil. Hər bir halda məsələyə Nazirlər Kabinetində baxıldıqdan sonra hansı qərar qəbul olunacaqsa, bu, yerlərə çatdırılacaq və ictimaiyyətə açıqlanacaq”. 
 
Şöbə müdiri təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, ümumtəhsil məktəblərinin 2014-2015-ci dərs ilinə aid tədris planlarının təsdiq edildiyini xatırladıb. Onun sözlərinə görə, növbəti dərs ili üçün tədris planını saxlamaq mümkün olmayıb: “Dərs bölgüsü və digər prosesləri həyata keçirmək üçün bu plan təsdiqlənərək məktəblərə verilməli idi. Hökumət tərəfindən tədris müddətinin uzadılması ilə bağlı hansı qərar veriləcəksə, bu müvafiq əmrə əlavə ediləcək”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR