İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli məşqçi Qurban Qurbanovu nümunə göstərdi

1386 12.12.2018 19:37 İdman A A

Tovuzun “Turan” klubunun sabiq baş məşçisi Naci Şensoy Qurban Qurbanovun millimizin baş məşqçi postundan göndərilməsindən sonra AFFA-dan təzminat tələb etməməsinə münasibət bildirib.

Musavat.com sportal.az-a istinadən xəbər verir ki, 60 yaşlı Kosovo əsilli türkiyəli mütəxəssis Qurban Qurbanovu nümunə göstərib:

“Gerçək “təfərrüat”..!!! Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov vəzifəsindən ayrıldı. Bundan sonra Azərbaycan Futbol Federasiyasının – AFFA-nın ona təzminat təklif etməsinə: “‘Mən Azərbaycan milli komandasını pul qarşılığında çalışdırmağa gəlmədim ki” deyərək, təzminat almağı qəbul etmədi. Bizim özünə “milliyətçi” deyən məşqçilərimiz vardı ha… Ya da, ”bəli, komandanın rəhbərliyi ilə görüşdük” və o, komandayla görüşdükdən sonra “digər hər şey bir “təfərrüatdır” deyənlər ağlıma gəldi”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR