İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkdilli yazarların “Forbes” əlçaztmazlığı –“Dilimiz hələlik böyük auditoriyaya nüfuz edə bilmir”

655 13.12.2018 01:19 Mədəniyyət A A

“Forbes” jurnalı 2018-ci ilin ən çox qazanan yazıçılarının siyahısını dərc edib.

Siyahıda yer alan 11 yazıçının ABŞ-da ümumilikdə 24,5 milyon ədəd kitabı satılıb və 283 milyon dollar qazanc əldə edilib.

İlk pillədə 86 milyon dollarlıq gəlirlə Ceyms Petterson yer alıb. İkinci pillədə Coan Rolinq (54 milyon dollar) və üçüncü pillədə isə Stiven Kinq (21 milyon dollar) qərarlaşıb.

Artıq uzun illərdir ki, ən çox qazanan yazarlaırn onluğunda o qədər də kəskin dəyişiklik hiss olunmur. Sadəcə, “qonşular2 bir-biriləri ilə yerlərini dəyişə bilərlər, o qədər... Yeni simalar isə bu onluqa nadir hallarda daxil ola bilir.

Bunun əsas səbəbi nədir? – Həmin yazıçıların qeyri-adi istedadları, maraqlandırmaq bacarığı, yoxsa, aid olduqları coğrafiya? Məsələn, türk dünyası coğrafiyasının hər hansı tanınmış yazarlarından biri ABŞ və Avropa oxucularının arasında olsa idi, bu coğrafiyada yazıb-yaratsaydı, həmin siyahıda onun adı ola bilərdimi?

Dünya Gənc Türk Yazarları Birliyinin Məsləhət Şurasının başqanı, yazıçı Əkbər Qoşalı Moderator.az-ın bu sualını cavablayarkən, başqa ədəbi problemlərə də toxunub:

“Belə siyahılar obyektivliyi nə qədər əks etdirir? - məncə, bu məsələnin özü də diqqət tələb edir. - Əlbəttə, nüfuzlu bir jurnalın siyahısını tam şübhə altına almaq fikrindən uzağam; ancaq istedadlı olmaq, yaxşı əsər yazmaq qədər yazılanı, necə deyərlər, bazarlamaq da var.

Bizim ədəbiyyat təsərrüfatının hələlik çatışmayan yönlərindən biri budur, deyə düşünürəm.

Qardaş Türkiyə ədəbiyyatçıları bizə münasibətdə, bu sahədə bir xeyli irəlidə olsa da, orda da, obyektiv, subyektiv amillər, sizin dediyiniz mənzərəyə təsirsiz ötüşmür.

Özəlliklə, BMT statusu ilə desək, dünyanın rəsmi yaxud böyük dilləri ilə müqayisədə, bizim türkcəmiz hələlik böyük auditoriyaya nüfuz edə bilmir.

Deyə bilərsiz ki, Çincə, hindcə danışanlar, yazıb-oxuyanlar da yetərincə çoxdur, bəs onlar niyə "FORBES"də yer almır? -bunun da səbəbi odur ki, çincə, hidcə əsasən bir ölkə hüdudları içində yayğındır.

İngilis, ispan, portuqal dilləri isə başqa-başqa ölkələrdə işlənir, rəsmiyyətdədir və s.

Bütün bu deyilənlərlə yanaşı, mən yenə sənətin öz estetik dəyərlərini itirmədiyinə, əvvəl-axır haqq etdiyi mərtəbədə dəyər görəcəyinə ümid edirəm.

Yəni, hansısa siyahıya düşüb-düşməməkdən asılı olmayaraq, şair, yazıçı öz sənət kredosuna sadiqlik içində, qələmi yerə qoymamalı, usanmamalıdır.

Çətinliklər arzuolunan deyil, amma gerçəklikdir; yaxşı qazanmaq xoşdur, ancaq yüzdə-yüz istedad əlaməti deyil.

Bəs nə etmək olar? Tərcümə işini professional səviyyədə inkişaf etdirmək; yaxşı əsərləri təbliğ etmək, fərqli coğrafiyalardakı ədəbi qurumlarla qarşılıqlı faydalı işbirliyi qurmaq - ən azı, bunlar ümumi işin xeyrinə olardı".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR