İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Putini təbrik etmədi

636 20.03.2018 04:22 Son xəbər A A

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini seçkilərdə qələbə münasibəti ilə təbrik etməyib.

Virtualaz.org bildirir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Hoqan Qidliyə istinadən Reuters məlumat yayıb.

Hoqan Qidli bildirib ki, Tramp rusiyalı həmkarını təbrik etməyə hazırlaşmır, onun iş cədvəlində Putinlə telefon danışığı nəzərdə tutulmayıb.

Rəsmi nümayəndə onu da qeyd edib ki, Putinin yüksək posta seçilməsi onlar üçün gözlənilməz olmayıb: "Biz Rusiya ilə münasibətləri inkişaf etdirmək üçün işləyəcəyik və əgər Rusiya bizim maraqlarımıza təhlükə törətsə, sanksiyalar tətbiq etməkdə davam edəcəyik. Amma maraqlarımıza uyğun olanda, birgə işləmək üçün imkanlar axtaracağıq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR