İnsanlara hürriyət, millətlərə istiqlal!

Tovuzda bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub- FOTO, YENİLƏNİB

Tovuz rayonunda 42 yaşlı kişi bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Alakol kənd sakini, 1976-cı il təvəllüdlü Azər Aqil oğlu Məmmədov naməlum şəraitdə bıçaqlanaraq ağır xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Tovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsinin bəzi təfərrüatları məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun 1976-cı il təvəllüdlü Alakol kənd sakini Məmmədov Azər Aqil oğlu əslən Şəmkir rayonundan olan Elşən Ələsgərovla mübahisə edib.

Nəticədə tərəflər arasında dava düşüb. Bu zaman E.Ələsgərov döyülərək müxtəlif bədən xəsarətləri alıb. Lakin o, evdən bıçaq götürərək yenidən A.Məmmədovun yanına qayıdıb və onu bıçaqlayıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan A.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir. E.Ələsgərovun vəziyyəti isə orta-ağırdır.

Hadisənin hansı səbəbdən baş verdiyi Tovuz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR