İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisin məşhur restoranlarından birində yanğın baş verib - Yenilənib

1148 19.04.2018 23:20 Hadisə A A

Tiflisin mərkəzində restoranda yanğın baş verib

Tiflisin mərkəzində Meydan adlanan ərazidə yerləşən “Maçaxela” restoranında güclü yanğın baş verib.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, yanğın restoranın dam örtüyündə başlayıb. Restorandakı insanlar təxliyə olunub. Hadisə yerinə 10 yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub. Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata əsasən, yanğın restoranın spirtli içkilərin saxlanıldığı mansardda baş verib.

Qeyd edək ki, “Maçaxela” restoranı Gürcüstan paytaxtının turistik mərkəzində yerləşir və onun müştəriləri arasında şəhərin əcnəbi qonaqları üstünlük təşkil edir.

***

Tbilisidəki “Maçaxela” restoranında baş vermiş yanğın lokallaşdırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, yanğının söndürülməsində 60-a yaxın yanğınsöndürən iştirak edib. Hadisə zamanı restoranda olan şəxslər vaxtında təxliyə olunduğundan xəsarət alan olmayıb. Yanğın nəticəsində təxminən 170 kv. metr sahə yanıb. Yanğının baş vermə səbəbi hələ məlum deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR