İnsanlara hürriyət, millətlərə istiqlal!

Təyyarəni dəyişdilər, 20 nəfər uça bilmədi

5872 30.12.2016 23:00 Son xəbər A A
Moskvanın “Şeremetyevo” hava limanında maraqlı hadisə baş verib.

Virtualaz.org “Life” portalına istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 17:00-da Rusiya paytaxtından Xabarovsk şəhərinə uçmalı olan “Nordvinq” aviaşirkətinə məxsus “Boeing” təyyarəsi gözlənilmədən başqa təyyarə ilə dəyişdirilib. Nəticədə, daha aztutumlu təyyarəyə 20 nəfər bileti olan sərnişin yerləşməyib.

Gözlədikləri reyslə uça bilməyən sərnişinlər bildiriblər ki, aviaşirkət onlarla qətiyyən maraqlanmayıb və sərnişinləri belə hallarda məcburi sayılan qida, su və qalmağa yerlə təchiz etməyib.

Mənbə qeyd edir ki, 20 nəfər hələ də hava limanında onlarla bağlı veriləcək qərarı gözləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR