İnsanlara hürriyət, millətlərə istiqlal!

"Kaspersky Lab" ötən ilin yekunları ilə bağlı hesabat təqdim edib

921 07.01.2017 01:18 Texnologiya A A
Ekspertlər 2016-cı ildə rəqəmsal dünyada baş verən bir çox səs-küylü hadisələri yeni saymaqla yanaşı, onları informasiya texnologiyaları sənayesi üçün təhdidlərin inkişafının qaçılmaz tendensiyası hesab edirlər.

Bu, “Kaspersky Lab” şirkətindən “Report”a verilən məlumatda bildirilib.

Şirkətin məlumatında qeyd edilib ki, əşyaların interneti cihazlarından ibarət iri botnetlər, tanınmış saytlara hücumlar, məlumat sızıntısı, bankların qarəti və yüksək əhəmiyyətli infrastrukturlarda boşluqlar kimi insidentlər daha əvvəlki dövrlərdə də baş verib. Lakin 2016-cı ildə bu sahədə müşahidə olunan hadisələrin miqyası kibertəhlükələrin öz inkişafında yeni səviyyəyə çatdığını sübut edib.

İlin yekunları ilə bağlı hesabat hazırlayan “Kaspersky Lab” kibertəhdidlər barədə baxışları əhəmiyyətli dərəcədə dəyişən 6 əsas tendensiyanı qeyd edib: Birinci tendensiyaya əsasən, kibercinayət iqtisadiyyatının hazırkı miqyası və mürəkkəbliyi indiyədək görünməmiş həddə çatıb. “Kaspersky Lab” ekspertlərinin araşdırmasına əsasən məlum olub ki, xDedic ticarət platformasında dünya üzrə 70 mindən çox “sındırılmış” serverin məlumatları satılır. 
İkinci tendensiyaya görə, külli miqdarda pul vəsaitlərinin oğurlanması banklararası şəbəkə olan SWIFT sistemi vasitəsilə həyata keçirilir. Məhz sözügedən sistemin köməyi ilə 2016-cı ilin fevralında cinayətkarlar Banqladeşin Mərkəzi Bankından 100 mln. dollar oğurlayıblar. 
Yüksək əhəmiyyətli infrastrukturlar inanılmaz dərəcədə boşluqlara malikdirlər (3-cü tendesiya). Buna bariz nümunə “BlackEnergy” hücumu 2015-ci ilin sonlarında baş versə də, onun fəsadlarının tam ağırlığı 2016-cı ilin əvvəlində məlum olub. Məqsədli hücumlar daha gözlənilməz olub (4-cü tendesiya). Oğurlanmış məlumatların internet şəbəkəsində yayımlanması ictimai rəyin manipulyasiyası üçün vasitəyə çevrilib (5-ci tendesiya). Kameralar qlobal kiber ordunun “döyüşçüsünə” çevrilə bilər (6-cı tendesiya). “Kaspersky Lab” mütəxəssisləri eksperimentlər zamanı müəyyən ediblər ki, günümüzdə cəmiyyət üçün daha əhəmiyyətli sistemlər olan xəstəxanalar və şəhər nəqliyyatı da kibertəhlükələr qarşısında dayana bilmirlər.

“Kibertəhdidlərin 2016-cı ildə müşahidə olunan yüksək inkişaf səviyyəsində zərərverici proqramların və korporativ şəbəkələrə icazəsiz müdaxilələrin erkən aşkarlanması məsələsi prioritetə çevrilir. Bununla belə, təhdidlərin uğurla aşkarlanması üçün kiberaləm barədə dərin biliklərə malik olmaq vacibdir. Ötən il aşkarlanan mümkün təhlükələrin analizi bizə yeni tendensiyaları və kibercinayətkarların unikal yanaşmalarını müəyyən etməyə imkan verib. Əldə etdiyimiz bilgilər müdafiə alətlərini təkmilləşdirməyə, təhdidlərin aşkarlanmasının və qarşısının alınmasının daha effektiv təşkilinə kömək edəcək. Başqa sözlə, biz gələcəyə hazırlaşmaq üçün keçmişdən istifadə edirik” - “Kaspersky Lab” şirkətinin antivirus üzrə baş eksperti Aleksandr Qostyev bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR