İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu telefon vasitəsilə öpüş göndərmək mümkün olacaq

2209 31.12.2016 07:12 Texnologiya A A
Uzaq məsafəli münasibətdən narazı olanlara texnoloji çıxış yolu tapıldı. “Kissenger” adlı aparat sayəsində ağıllı telefonla edilən görüntülü danışıq zamanı eyni zamanda danışdığınız insanla öpüşmək də mümkündür. 

Ağıllı telefonlar bir qoruyucu qılıf kimi taxıla bilən aksessuarın adı “kiss” (öpüş) və “messenger” (mesaj çatdıran) sözlərinin birləşməsindən yaranıb. Sözügedən aksessuar mobil vasitə tərəfindən qarşı tərəfdəki insana güc dalğaları yollayır. Bunun sayəsində qarşı tərəfdəki insan da digər istifadəçinin yolladığı öpüşü yenə öz aksessuarı sayəsində hiss edə bilir. Hələlik inkişaf mərhələsində olan bu məhsulun demo versiyasından istifadə edilə bilir. 

Hazırda sadəcə “iPhone”lar ilə uyumlu olan məhsulun yaxın günlərdə Android telefonlarla da uyğunlaşdırılacağı gözlənilir.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR