İnsanlara hürriyət, millətlərə istiqlal!

Bill Qeyts alternativ enerji mənbələrinə investisiya yatıracaq

699 13.12.2016 05:01 Texnologiya A A
Amerikalı milyarder Bill Qeyts ekoloji təmiz və ucuz bərpa olunan enerji mənbələrinin işlənməsi üzrə layihələrə təqribən 1 milyard dollar sərmayə yatıracaq "Breakthrough Energy Ventures" (BEV) adlı fondun yaradıldığını bildirib. 

"Report" xəbər verir ki, investorlar arasında Bill Qeytsdən başqa "Amazon" şirkətinin təsisçisi və rəhbəri Ceff Bezos, "Alibaba Group"un təsisçisi Cek Ma, "SoftBank"ın təsisçisi Masaesi Son da var. 

Oktyabrda Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, onun proqnozlarına görə, 2021-ci ilədək energetika bazarında bərpa olunan enerjinin payı 23%-dən 28%-dək artacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR