İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda azyaşlılar internetdə zorakılıq səhnələrini izləyə bilməyəcək

878 18.01.2017 14:34 Texnologiya A A
Bakı şəhərində internetdən istifadə edən azyaşlılar ciddi psixoloji zərər yetirə biləcək zorakılıq, irqçilik, ekstremizm və aqressivlik təbliğ edən oyun, film və digər kontentlərin əks olunduğu saytlara girə bilməyəcəklər. Artıq valideynlər azyaşlıların girdikləri saytlara filtrləmə xidməti vasitəsilə nəzarət edə biləcəklər.

Bakl Telefon Rabitəsi İstehsalat Birliyindən (BTRİB) virtualaz.org-a verilən məlumata görə, qurum müxtəlif yaş qruplarına aid istifadəçilər üçün “Təhlükəsiz internet” adlı layihəyə başlayır.

Bu xidmət fəal veb istifadəçiləri olan uşaq və yeniyetmələrin təlim-tədris prosesində, eləcə də gənclərin tədqiqat fəaliyyətində informasiya axınının təhlükə dərəcəsini qiymətləndirməyə, şəbəkənin faydalı tərəfini önə çəkməyə imkan verəcək. Təhlükəsiz internet layihəsinin tətbiqi ilə həm də böyüklərin arzuolunmaz məzmunlu videoreklamlardan, fişinq və viruslu saytlardan qorunması mümkün olacaq.

Layihə barədə yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR