İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəbəqədər təhsil müəssisələri sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər

1414 15.12.2016 19:36 Təhsil A A
Azərbaycanda məktəbəqədər təhsil müəssisələri əlavə iqtisadi gəlir və sosial səmərə əldə etmək məqsədi ilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bugünki iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin II oxunuş üçün müzakirəsi zamanı deyib.

İ.Həbibbəyli deyib ki, dövlət məktəbəqədər təhsil müəssisəsilərinin innovasiya və sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə yerli və xarici investisiyaların cəlb edilməsinə əlverişli şərait yaradacaq. Dövlət məktəbəqədər təhsil müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər bilavasitə təhsilin inkişafına və işçilərin sosial müdafiəsinə yönəldiləcək.

Komitə sədrinin sözlərinə görə, əvvəlki layihədə məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsi yer alsa da, yeni layihədə bu məsələ çıxarılıb: “Həm Milli Məclisin plenar iclasında, həm də ekspertlərin rəyində və sosial mediada məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsinə birmənalı olaraq “yox” cavabı verildi. Həm deputatların, həm də Təhsil Nazirliyinin fikirlərini əsas götürərək layihədən özəlləşdirilmə ilə bağlı maddə çıxarılıb. Lakin nazirliyin bizə göndərdiyi rəydə qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrinin profili dəyişmədən hüquqi və fiziki şəxslər tərəfindən özünüidarəetməyə verilə bilər. Təbii ki, bu, özəlləşdirmə demək deyil, sadəcə bu sahənin inkişaf etdirilməsi üçün əlavə imkanlar deməkdir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR