İnsanlara hürriyət, millətlərə istiqlal!

Tanınmış xanım idmançı evindən seyf aparanlara cəza istənildi- "Həbs edilsin"

Məşhur xanım idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirləndirilən Nicat İsrafilov və Nərgiz Fərəcova növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, onların cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinə davam etdirilib.

Hakim Azad Məcədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edib.

Prokuror Nicat İsrafilovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısının Nərgiz Fərəcovun 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs edilməsini istəyib.

Fəridə Əzizova deyib ki, ona dəymiş zərərin 53 min manatı ödənilib. O, 14 500 manat zərəri tələb etdiyini söyləyib. İdmançı ay sonuna qədər onlara vaxt verdiyini deyib.

İttihamda yazılır ki, Nicat İsrafilov oğurluq hadisəsindən sonra Lerik rayonu ərazisindən sərhəddən qanunsuz olaraq İrana keçib. Oradan da qaçaq yolla Türkiyənin Iğdır şəhərinə gedib. Daha sonra Ərzurum şəhərinə gedən zaman polis tərəfindən sənədləri olmadığı üçün saxlanılıb. N.İsrafilov Azərbaycana deportasiya edilib.

Məhkəmədə Nicat İsrafilov özünü tam təqsirli bilib. Nərgiz Fərəcova isə özünü qismən təqsirli bilmədiyini söyləyib. Nicat İsrafilov ifadəsində oğurluğu tək etdiyini, Nərgizin bu işdən xəbərsiz olduğunu deyib.

Xatırladaq ki, ötən ilin sentyabrında Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Fəridə Əzizovanın Yasamal rayonundakı mənzilindən seyf oğurlanıb. Bir neçə ay sonra idmançının evindən içərisində 35000 manat və 18 800 dollar olan seyfi aparan Gəncə şəhər sakini Nicat İsrafilov və Nərgiz Fərəcova həbs edilib. Daha sonra Nərgiz Fərəcova ev dustaqlığına buraxılıb. Məlum olub ki, Nərgiz Fərəcova idmançı Fəridə Əzizovanın rəfiqəsinin bacısıdır.

Xatırladaq ki, F.Əzizova 2013-cü ildə dünya çempionatında və 2014-cü ildə Baкı şəhərində Avropa Çempionatında bürünc medal qazanıb. Həmçinin 2015 Avropa Oyunlarında gümüş medal qazanıb.

İlkin Muradov,
Musavat.com

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Dekabr 2018

BÜTÜN XƏBƏRLƏR