İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya müxalifəti Türkiyənin dəstəyi ilə İŞİD-in nəzarətindəki Cerablusa girdi

1702 24.08.2016 17:18 Son xəbər A A
Türkiyənin Suriyanın Cərablus bölgəsindən İŞİD-i təmizləmək üçün başlatdığı əməliyyat bütün sürəti ilə davam edir. 

Avropa.info xəbər verir ki, genişmiqyaslı əməliyyatda iştirak edən Azad Suriya Ordusunun artıq Cərablus şəhərinə cənub tərəfdən daxil olduğu bildirilir. 

Türkiyə ordusunun başlatdığı “Fərat Qalxanı” əməliyyatı çərçivəsində Suriya müxalifətinin Keklicə, Tel Şair, Ülvaniyyə və Güyüncük kəndlərini ələ keçirib.

5 min əsgərlə əməliyyatlarda iştirak edən müxalif birliklər İŞİD-in nəzarət etdiyi ərazilərə doğru irəliləməkdə davam edirlər. 

Azad ordunun Cərablus şəhərinə cənubdan daxil olduğu və bölgədə qarşıdurmaların yaşandığı bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR