İnsanlara hürriyət, millətlərə istiqlal!

Şumaherin oğlu "Ferrari" komandasının üzvü olub

537 20.01.2019 02:30 Dünya A A

"Formula-1"in yeddiqat çempionu Mixael Şumaherin oğlu Mik Şumaher "Ferrari" yarış akademiyasının üzvü olub.

“Report” xəbər verir ki, bu barədə akademiyanın mətbuat xidməti məlumat yayıb.

"Aydın məsələdir ki, "Ferrari" mənim doğulduğum andan mənim və ailəmin qəlbində xüsusi yer tutub. Ona görə, mən insani baxımdan da bu fürsətdən məmnunam", - deyə Şumaher bildirib.

On doqquz yaşlı alman 2018-ci ildə "Formula-3" Avropa çempionatının qalibi olaraq karyerasında ilk avtoidman titulunu qazanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR