İnsanlara hürriyət, millətlərə istiqlal!

Strasburqda silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatıb

431 14.12.2018 22:09 Dünya A A

Fransanın Strasburq şəhərində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə çatıb.

“Report” BFM TV telekanalına istinadən xəbər verir ki, prokurorluqdan verilən məlumata görə, xəsarət alanların biri xəstəxanada dünyasını dəyişib. Daha əvvəl hadisə nəticəsində 10 nəfərdən artıq yaralanan olduğu bildirilmişdi.

Xatırladaq ki, dekabrın 11-də axşam Strasburqdakı Milad yarmarkasının qarşısında 29 yaşlı Şərif Şekat ətrafa atəş açmış, sonra isə hadisə yerindən uzaqlaşmışdı. Bir çox cinayətlər törətdiyinə görə polisin yaxşı tanıdığı Ş.Şekat ötən gün keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR