İnsanlara hürriyət, millətlərə istiqlal!

Strasburqda ətrafdakılara atəş açan şəxsin axtarışına 720 polis cəlb olunub

384 12.12.2018 23:08 Dünya A A

Ötən gün Fransanın Strasburq şəhərində atəş açan şəxsin axtarışına 720 asayiş keşikçisi cəlb olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Kristof Kastaner məlumat verib.

Nazirin sözlərinə görə, uzun müddətdir polisə tanış olan həmin şəxs ilk dəfə hələ 13 yaşında məhkum olunmuşdu.

Xatırladaq ki, ötən gün axşam Strasburqdakı Milad yarmarkasında 29 yaşlı şəhər sakininin ətrafa atəş açması nəticəsində son məlumatlara əsasən, 3 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Paris şəhər prokuroru öldürülənlərin iki nəfər olduğunu, daha birinin isə beyin ölümündən dünyasını dəyişdiyini deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR