İnsanlara hürriyət, millətlərə istiqlal!

Səlim Müslümov: “Əmək pensiyalarına 3 213,82 milyon manat ayrılacaq”

1738 08.12.2016 12:53 Sosial A A
"2017-ci ilin dövlət büdcəsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri 34 mln. manat proqnozlaşdırılır". 

Bunu Milli Məclisin plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi”nin müzakirəsi zamanı Fondun sədri Səlim Müslümov deyib. 

Onun sözlərinə görə, Fondun xərclərinin 37,4%-i və ya 1 270 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 62,6%-i və ya 213 mln. manatı məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına formalaşdırılacaq. 

S.Müslümov deyib ki, Dövlət Sosial Müdafiə Fondundan əmək pensiyalarının ödənilməsinə gələn il 3 213,82 mln. manat ayrılması nəzərdə tutulub: “Sənədə əsasən, pensiya xərcləri bu illə müqayisədə 2,5% və yaxud 77,72 mln. manat artacaq. Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər xərclər 1,5% və yaxud 1,55 mln. manat artırılaraq 104,4 mln. manata, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə xərclər 2,7% və yaxud 600 min manat artırılaraq 22,6 mln. manata, hamiləliyə və doğuşa görə xərclər 2,2% və yaxud 600 min manat artırılaraq 28,1 mln. manata, uşağın anadan olmasına görə xərclər 7,5% və yaxud 580 min manat azaldılaraq 7,2 mln. manata, 3 yaşına qədər uşaqlara qulluqla əlaqədar xərclər 2,3% və yaxud 300 min manat artırılaraq 13,4 mln. manata, dəfn üçün xərclər 9,9% və yaxud 1,7 mln. manat azaldılaraq 15,5 mln. manata, işsizliyə görə xərclər isə 15,3% və yaxud 2,33 mln. manat artırılaraq 17,6 mln. manata çatdırılıb”.
 
E.Paşasoy,
Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR