İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat 18 il əvvəl qəbul olunan qanuna riayət olunmadığına diqqət çəkib

1879 19.01.2017 16:29 Sosial A A
Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsiniin iclasında müvafiq qurumları bir neçə il bundan əvvəl qəbul edilmiş  insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini  qısa zamanda icraya çağırıb və komitənin bu məsələni ciddi diqqətdə saxlamasının vacibliyinə toxunub. 

1999-cu ildə Parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər:” Son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənməkdədir. Amma bu haqda qanunun qəbul edilməsinə baxmayaraq,  bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur.  Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər.” 

 Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran millət vəkili Qənirə Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb. 

Millət vəkili Qənirə Paşayeva bildirib ki, bu gün qanunun bu müddəasının həyata keçməməsi səbəbindən ölkədə orqan köçürülməsində sadəcə cüt və ya arta bilən orqanlar köçürülə bilər. Digərləri üçün isə hər bir insan xaricə üz tutmalıdır ki, bu da küllü miqdarda vəsait tələb edir. İkincisi, bu gün orqan köçürülməsinə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi ilə mümkündür:  “Bununla  da sağlam insanların həyatı da bir çox hallarda risq altına düşür. İkincisi bəlkə o insanın  heç özünün cür və ya arta bilən orqanını bağışlayacaq bir qohumu yoxdur. Bəs o nə etsin?  Bütün  inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyiddən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı neçə ildir qəbul olunan qanunumuz var və mən hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanununun maddələrini yerinə yetirməlidirlər. Heç kəs hər hansı bir şəxsin özünün ölməzdən əvvəl rəsmi qaydada qeydiyyatdan keçmiş vəsiyyət məktubu olmadığı, ailəsinin izn vermədiyi təqdirdə onun meyidinə toxuna bilməz. Amma xarici ölkələrdəki kimi Azərbaycanda da belə insanlar var ki, onlar vəsiyyət yazaraq öldükdən sonra orqanlarını ehtiyacı olan insanlara bağışlamaq istəyir. Onların bu istəyini reallaşdıran icra mexanimləri dünyada olduğu kimi bizdə də olmalıdır.  

Millət vəkili bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışı ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır. Millət vəkili Qənirə Paşayeva bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanizm vəprosedurları hazırlamağa və qanunun müvafiq müddəalarının icrasına çağırıb. O bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsindəən vacib məsələlərdən biridir və qanunun icrasına,  ölkəmizdə bu istiqamətdəəhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var. 

Millət vəkili Qənirə Paşayeva çıxışında Səhiyyə Komitəsinin bu məsələni ciddi diqqətdə saxlamasının vacibliyini, məsələnin öz həllini tapması istiqamtində Səhiyyə nazirliyi ilə birgə müzakirələrin, dinləmələrin keçirilməsinin vacibliyini də diqqətə çatdırıb. "Axı niyə insanlarımız bu əməliyyat üçün xarici ölkələrə üz tutmaq məcburiyyətində qalmalıdır?" Milli Məclisdə Səhiyyə Komitəsinin iclasında ölkəmizdə gözdə buynuz qişanın köçürülməsi, keratoplastika əməliyyatı ilə bağlı yaranmış problemlərin müzakirəsi və həlli yollarının müzakirəsi zamanı çıxış edən millət vəkili Q.Paşayeva məsələnin qısa zamanda həllini tapmasının vacibliyini xüsusi vurğulayıb: “Bu gün bu əməliyyat üçün yüzlərlə insanlarımız xarici ölkələrə üz tutur. Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzində əməliyyatı həyata keçirmək üçün bütün imkanlar da var, yaxşı mütəxəssislər də. Amma buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində ortaya çıxan problemlər üzündən bu əməliyyatlar aparıla bilmir və vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır. Nə qədər insanlar var ki onların xarici ölkələrə əməliyyata getmək imkanı yoxdur, bəs onlar nə etsin? Gedənlər üçün də çox çətindir o vəsaiti tapmaq. 

Eyni zamanda nə üçün ölkəmizdə bu əməliyyat üçün imkanlar və mütəxəsislər varsa insanlarımız xaricə üz tutmalıdır? Nə üçün bu qədər pul xaricə getməlidir? Əməliyyat olmayınca da qısa zamanda həmin şəxsin gözünün görməsi itirilir və həmin insan əlilə çevrilir. 3000-ə yaxın insan növbədə əməliyyat gözləyir yəni bizdən qısa zamanda bu problemi həll etməmizi gözləyir. Vaxt keçdikcə onların böyük bir hissəsi əlilə çevriləcək və əməliyyat etmək üçün gec olacaq və əməliyyat onlara gözmələrini geri qaytara bilməyəcək, təsirsiz olacaq. Bunu ona görə deyirəm ki qısa zamanda bu problem öz həllini tapmalıdır. Həm qanunvericilikdə bəzi qanunlara əlavə və dəyişiklik etməklə, həm də icra orqanları səviyyəsində bu məsələnin qısa zamanda həllini tapması çox vacib məsələdir. Bu gün yüzlərlə insan ölkəmizdə bu əməliyyatın aparılmasını gözləyir və biz onlara dəstək üçün qısa zamanda məsələnin həllinə çalışmalıyıq.” Millət vəkili Q.Paşayeva MM-in Səhiyyə Komitəsi iclasında ictimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsini yaz sessiyasında müzakirəyə çıxarmağa çağırıb.

Milli Məclisin Səhiiyyə Komitəsinin iclasında millət vəkili Qənirə Paşayeva ictimai yerlədə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin parlamentin yaz sessiyasının müzakirəsinə çıxarılmasının vacib olduğunu deyib. Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə, Azərbaycanda “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanunun qəbul edilməsinə ehtiyac var və bu qanunun artıq müzakirəyə çıxarılması və qəbul edilməsi vacibdir. Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsini bu cür mənfi təsirdən qorumaq məqsədilə ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunlar qəbul edilirlər”, – Qənirə Paşayeva vurğuladı.

Bu qanunun qəbulunun vacibliyi ilə bağlı mütəxəssislərin fikirlərini səsləndirən millət vəkili Q.Paşayeva insanlarımızın, özəlliklə gənclərimizin siqaretin zərərli təsirlərindən qorunması istiqamətində daha çox addımlar atmalıyıq və bu qanun mühüm addımlardan biri olardı deyib. Millət vəkili Qənirə Paşayeva eyni zamanda 18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışının qanunvericiliklə qadağan edilməsinə baxmayaraq, hələ də ictimai yerlərdə18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satılmasının ciddi narahatlıq yaratdığını deyib:"Ona görə hesab edirəm ki, yerlərdə18 yaşına çatmayan uşaqlara və gənclərə siqaretin satışı ilə bağlı qanunvericilikdə nəzərdə tutulan müddəanın icrası məsələsi öz həllini tapmalı və bununla bağlı məsuliyyət də gücləndirilməlidirr” – deyə, Q.Paşayeva vurğulayıb. Millət vəkili sonda sözlərinəəlavə edib ki, gələcəyimizin sağlam böyüməsi üçün bu qanunun icrası və ciddi maarifləndirmə tədbirlərinin aparılması həddindən artıq vacib məsələdir. Millət vəkili Qənirə Paşayeva “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin qısa zamanda qəbul edilməsinə çağırıb.

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin Səhiyyə Komitəsinin islasında “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsinin Milli Məclisdə Fevral ayında başlayacaq Yaz sessiyasında müzakirəyə çıxarılması təklifi ilə çıxış edib. Millət vəkili belə bir qanuna ciddi ehtiyac olduğunu deyib: “Çoxlu sayda ailələr bizə müraciət edir, tibbi texnologiyaların nailiyyətlərindən istifadə edərək övlad sahibi olmaları istiqamətində dövlət tərəfindən dəstək göstərilməsini xahiş edirlər.Bu baxımdan, “Reproduktiv sağlamlıq haqqında” Qanunun parlament müzakirələrinə çıxarılması çox vacibdir. Orada ziddiyyətə səbəb olan bəzi maddələr layihədən çıxarılıb və müzakirələrə qısa zamanda başlamalıyıq. Süni mayalanma məsələsi də daxil olmaqla, bir sıra vacib məsələlərin daxil olduğu “Reproduktiv sağlamlıq haqqında” Qanun layihəsini tez qısa zamanda müzakirəyə çıxarıb qəbul etməliyik. Çünki bu, minlərlə insanın həyatı ilə bağlı olan məsələdir”. 

Millət vəkili Q.Paşayeva bildirib ki, reproduktiv sağlamlıq haqqında qanun layihəsində 10 ilə yaxın övladı olmayan ailələr üçün süni mayalanma əməliyyatının bir dəfə dövlət tərəfindən maliyyələşdirilməsi, yəni pulsuz edilməsi öz əksini tapıb ki, bu istiqamətdə problemi olan yüzlərlə ailə bu addımı yüksək qiymətləndirir və parlamentdən bu məsələnin qısa zamanda qəbul edilməsi xahişi ilə müraciət edirlər. Bu baxımdan reproduktiv sağlamlıq haqqında qanun layihəsinin yaxın zamanlarda qəbulu çox vacib vəəhəmiyyətlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR