İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyrək çatışmazlığından əziyyət çəkən aktyora qan lazımdır

1088 10.01.2017 17:46 Sosial A A
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov sabah əməliyyat olunacaq. 

Musavat.com xəbər verir ki, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən aktyora qan lazmdır. 

Bu haqda R.Rəhimovun yaxınları sosial şəbəkədə elan verib: “Aktyor Rəhim Rəhimova təcili 2Rh(+) və 2Rh(-) qrup qan lazımdır. Bilirsiniz ki, Rəhim uzun zamandır ki, böyrək çatışmazlığından əziyyət çəkir və nəhayət, sabah ona böyrək nəql olunacaq. Xahiş edirik ki, dostlar, qanınız uyğundursa, bu gözəl insana yardım edin. 2 azyaşlı uşağı var”. 

Qeyd edək ki, aktyora qan vermək istəyənlər  055 770 05 49 nömrəsi ilə əalqə saxlaya bilər. 

Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR