İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda evlər ucuzlaşdı

1396 22.12.2016 23:56 Sosial A A
Bakının mərkəzi hissələrində evlərin kütləvi satışına başlanılıb.

Fins.az-ın məlumatına görə, söhbət metronun “28 May”stansiyasından “Sahil Metrosu”na və Tibbi Universitetinə qədər və “Nərimanov” metrosuna yaxın ərazilərdən gedir. 

Ekspert Vaqif Hüseynov fins.az-a bildirib ki, dolların bahalaşmaqda davam etməsi əmlak bazarında da vəziyyəti dəyişib. Əmlak bazarında bir il əvvəlki vəziyyət yenidən təkrarlanır: “Heç kim təsəvvür edə bilməzdi ki, “28 May Metro”sunun yaxınlığında 70 min manata ev almaq olar. Amma hazırda bu belədir”. 

Bu ərazilərdə evlər 40%-dən 2 dəfəyə qədər ucuzlaşıb. Məsələn, əvvəl 130-140 min manata satılan 70 kvadratmetrlik evlər indi 70-100 min manata qədər ucuzlaşıb. Ucuzlaşma xüsusilə də 1-2 otaqlı evlərdə müşahidə edilir. 

Ekspertin sözlərinə görə, buna səbəb dolların bahalaşmaqda davam etməsi və manata inamın azalmasıdır. Belə ki, əvvəl əlində qalan pulunu investisiya kimi şəhərin mərkəzi hissələrində olan evlərə yatıran vətəndaşlar bu evləri dərhal sataraq vəsaiti dollara çevirmək üçün tələsirlər. Evin dərhal satılması üçün vətəndaşlar qiyməti xeyli aşağı salırlar. 

Digər tərəfdən satışa çıxarılan belə evlərlə bağlı bazarda təklifin artması qiymətlərə xeyli təsir göstərib. Ekspert bildirir ki, vəziyyəti elan saytlarında satışa çıxarılan evlərində sayında da müşahidə etmək olar. Hazırda Bakının sadalanan ərazilərində satışa çıxarılan ev elanlarının sayı 30-40 % artıb.

Ekspert bildirib ki, “Sahil Metrosu”, “İçərişəhər”, Nizami küçəsi, “Gənclik Metrosu” kimi ərazilərdə isə daşınmaz əmlakların qiymətləri stabil olaraq qalır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR