İnsanlara hürriyət, millətlərə istiqlal!

Yol polisi reydlərə başlayır

2924 31.07.2014 14:10 Son xəbər A A
Avqustun 1-dən 31-dək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində «Təmiz hava» aylığı keçirəcək. Lent.az-ın Baş Dövlət Yol Polisi idarəsinin rəsmi saytına əsasən verdiyi məlumata görə, “Təmiz hava” aylığının keçirilməsində məqsəd atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının almaqdır.
 
Xatırladaq ki, tədbirlə əlaqədar Baş DYP İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin nəzərinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibi normalara uyğunlaşdırıldıqdan sonra istismar olunmalıdır.
 
Qeyd edək ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR