İnsanlara hürriyət, millətlərə istiqlal!

Luqansk separatçıları Azərbaycan diasporunun rəhbərlərindən birini güllələdilər

5457 31.07.2014 12:40 Son xəbər A A
Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb.
 
Luqansk Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyevin APA-ya verdiyi məlumata görə, hadisə dünən axşam Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.
 
T. Cəfərovun meyiti separatçıların nəzarəti altında olan ərazidə qalıb və həllik meyiti götürmək mümkün olmayıb.
 
T. Cəfərovla birgə Mahir, Nurlan və Elman adlı azərbaycanlılar isə separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Onların itkin düşdüyü bildirilir. Məlumata görə, T. Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları  çıxarmaq istəyəndə hücuma məruz qalıblar.
 
Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya hadisə ilə bağlı araşdırma aparılacağını deyib.
 
Qeyd edək ki, Ukrayna vətəndaşı olan 1961-ci il təvəllüdlü Telman Cəfərov əslən Bakıdandır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR