İnsanlara hürriyət, millətlərə istiqlal!

Avqustun ilk günü hava necə olacaq?

1927 31.07.2014 13:55 Son xəbər A A
Avqustun 1-də Bakı və Abşeron yarımadasında gün ərzində hava şəraitinin yağmursuz olacağı gözlənilir. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub-şərq küləyi əsəcək.
 
Havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın əksər rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Cənub-şərq küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, həftənin sonunadək Abşeron yarımadasında isti diskomfort hava şəraiti davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR