"Zəng elədi ki, tez ol pulumu gətir" - Qanunsuz torpaq satan şəxs saxlanılıb - VİDEO
Suraxanı rayon Polis İdarəsinin əməkdaşları dələduzluqda ittiham olunan şəxsi saxlayıblar.
ARB TV xəbər verir ki, 37 yaşlı Həmid Abdinov 3 aydan artıq müddətdə axtarışda olub.
O bir neçə şəxsə başqasına məxsus torpaq sahəsini özününküymüş kimi göstərərək hissə-hissə satıb. Yaxın müddətdə sənədləri düzəldəcəyinə söz verərək onların etibarını sui istifadə edərək pullarını mənimsəyib. Abdinovun vətəndaşlara 25 mindən çox maddi ziyan vurduğu bildirilir.
Həmid Abdinov - Saxlanılan Şəxs: "Deyir satmısan indi isə qaytarıram pulumu ver. Deyirəm imkan ver başqa əmlakımı satıb qaytararam".
İstintaqla müəyyən edilib ki, Həmid Abdinov yaxın qohumu olan Naibə Novruzluya məxsus 4 ədəd kürkü alaraq satıb. Pulunu verəcəyinə söz versə də vədini əməl etməyib. Saxlanılan şəxs isə cəmi 1 kürk aldığını deyir.
Həmid Abdinov - Saxlanılan Şəxs: "Şuba satırdı. Şubanı gedib mənim əmimin qaynından götürüb. Mənim də xəbərim yox. Gedib ondan 1 şuba alırdım. Dedi ki, şubanı 1 aylığına borca verərəm. Zəng elədi ki, tez ol təcili pulu götür gəl. Demişəm ki, imkan verin qaytararam".
Bu şəxsi görüb, tanıyanlardan Suraxanı rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.