İnsanlara hürriyət, millətlərə istiqlal!

VHP-nin OFİSİ 300 MİNƏ BAŞA GƏLİB

1991 04.06.2010 15:29 Son xəbər A A

APA-nın məlumatına görə, S. Rüstəmxanlı 6 mərtəbəli yeni qərargahda VHP ilə yanaşı, “Vətəndaş həmrəyliyi” qəzetinin redaksiyasının, Dünya Azərbaycanlıları Konqresinin, “Bakı-Təbriz” jurnalının və Azərbaycan Dil Qurumunun da yerləşəcəyini açıqlayıb: “Bura 5 təşkilatın yerləşdiyi bir qərargahdır. Bu, Azərbaycan siyasi partiyalarının həyatında mühüm bir hadisədir. Müxalifət partiyaları arasında ilk dəfə öz gücü ilə qərargah tikmək bizə nəsib olub. Əvvəllər biz mətbuat konfransları keçirmək məqsədilə konfrans zalı icarəyə götürmək üçün günlərlə növbəyə dayanırdıq və get-gedə də bu konfrans zallarının qiyməti bahalanırdı. Amma bu qərargahda mətbuat konfransı üçün zalımız var və hesab edirəm ki, ümumilikdə yeni qərargah bizim fəaliyyətimizə müsbət təsir göstərəcək”.

VHP sədri binanın tikintisinə təxminən 300 min manat xərcləndiyini qeyd edib: “Bu bina qohum-əqrəbanın və partiya fəallarının gücü ilə tikilib. Tikinti gedəndə hətta nisyə materiallar da götürülüb”.

VHP sədri İsraillə Türkiyə arasında yaranmış son vəziyyətə də münasibət bildirib: “Bu, İsrailin dövlət səviyyəsində törətdiyi bir terrordur. Türkiyə həmişə yəhudilərlə, İsraillə dost, barışdırıcı missiyanı yerinə yetirib. Qəzza bölgəsindəki insanlar İsrailin əsirlərinə çevrilə bilməz, onlara humanitar yardım getməlidir”.

Şəkil musavat.com-a məxsusdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR