İnsanlara hürriyət, millətlərə istiqlal!

Vasif Talıbov üçün müxbirimizi başını kəsməklə hədələdi - skandal

6990 17.11.2014 23:15 Son xəbər A A

Müxbirimiz Aygün Muradxanlı ölümə təhdidlə üzləşib. Sosial şəbəkədə Vuqar Ceferov kimi qeydiyyatdan keçən bu zat A. Muradxanlını Vasif Talıbov haqqında, onun rusca müsahibəsini əks etdirən video-xəbər hazrladığı üçün hədələyib. 

Onun Vasif Talıbovla hansı yaxınlığının olması məlum deyil. Lakin görünən budur ki, həmin şəxs uydurma, virtual nik deyil, real şəxsdir. 

Musavat.com qəzetimizin rəhbərliyinə istinadla xəbər verir ki, bu hədə ilə əlaqədar sabah polisə və prokurorluğa müraciət olunacaq, tədbir görülməsi istəniləcək.

İndi isə müxbirimizin ölümlə hədələnməsinə səbəb olan məlum videonu -  Vasif Talıbovun rus dilində verdiyi mini müsahibəni diqqətinizə təqdim edirik. Özünüz qiymət verin. Buna görə jurnalisti baş kəsməklə hədələmək hansı zəkadan xəbər verir? 

Musavat.com  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR