İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideynləri azərbaycanlı siyasi məhbusdan imtina etdi

4032 09.09.2015 20:09 Son xəbər A A
Hazırda mühacirətdə yaşayan keçmiş siyasi məhbus Rəsul Mürsəlovun valideynləri ondan imtina ediblər.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, öz oğlundan imtina bəyanatını R.Mürsəlovun atası Maarif Mürsəlov yazıb və həmin müraciətini Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Milli Təhlükəsizlik Nazirliyinə və Ombudsman Aparatına göndərib.

“Biz oğlumuz Rəsulun siyasi fəaliyyətini dəstəkləmir və ondan imtina etdiyimizi bəyan edirik. Bunu nəzərə almağınızı və Rəsul Mürsəlovu bundan sonra bizim ailə ilə əlaqələndirməməyinizi xahiş edirik” - deyə Mürsəlovlar ailəsinin imzaladığı bəyanatda deyilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR