İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə Gülən tərəfdarlarının şifrələnmiş yazışmaları ələ keçib

2362 30.07.2016 23:15 Son xəbər A A
Türkiyənin hakimiyyət orqanları ölkədə iyulun 15-dən 16-a keçən gecə baş vermiş hakimiyyət çevrilişinə cəhddə iştirak etmiş Fətullah Gülən tərəfdarlarının şifrələnmiş yazışmalarını ələ keçirib.

"Report"un məlumatına görə, bu barədə Türkiyənin hakimiyyət orqanındakı mənbəyə istinadən "Reyter" agentliyi xəbər yayıb.

Məlumata görə, hazırda yazışmalarla bağlı geniş təhqiqatlar aparılır.

İyulun 16-a keçən gecə Türkiyədə baş vermiş hakimiyyət çevrilişinə cəhdin qarşısını alan zaman 246 nəfər ölkə vətəndaşı ölüb, 2000-dən çox insan yaralanıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR