İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp 11 ölkəni yarı yolda qoydu

3264 24.01.2017 12:55 Son xəbər A A
ABŞ prezidenti Donald Tramp ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığı razılaşmasından çıxmasına fərman verib. Bu, Trampın seçkiqabağı vədlərinin biri idi.

Novator.az bildirir ki, regional azad ticarət zonasının yaradılmasını və müxtəlif sahələrdə işbirliyini nəzərdə tutan razılaşmanı 2016-cı ilin fevralında ABŞ və daha 11 ölkə – Kanada, Meksika, Peru, Çili, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Vyetnam, Malayziya, Sinqapur və Bruney imzalayıb. Ancaq ABŞ Konqresi razılaşmanı təsdiqləməyib. Yeni prezident isə ABŞ-ın bu qurumda iştirakının ölkəyə qəti sərfəli olmadığını düşünür.

bu razılaşmanı Barak Obama ABŞ prezidenti olarkən imzalamışdılar. Razılaşma ABŞ olmadan qüvvəyə minməyəcək.

70 yaşlı Tramp 1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür. O, ötən il noyabrın 8-də keçirilmiş ümumxalq seçkisində Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib. 538 nəfərlik Seçicilər Kollegiyası dekabrın 19-da prezident seçkisi ilə bağlı yekun qərarını verib. Səsvermədə 304 nəfər Trampı, 227 nəfər Klintonu dəstəkləyib. Seçicilər Kollegiyasındakı səsvermənin nəticəsi Konqresin yanvarın 6-da keçirilən iclasında təsdiqlənib. Tramp yanvarın 20-də səlahiyyətlərinin icrasına başlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR