İnsanlara hürriyət, millətlərə istiqlal!

Tağı Əhmədov məhkəmədə Çovdarovla üzləşəcək

2661 26.12.2016 13:23 Son xəbər A A
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən proses jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Saat 11:00-a təyin edilən proses 1 saat gec başlayıb. Ancaq məhkəmə gec başlasa da davam etdirilməyib. Buna səbəb zərərçəkmişlərdən Tağı Əhmədovun prosesə gəlməməsi olub.

Hakim bildirib ki, zərərçəkmişlərdən Yeni Azərbaycan Partiyasının Yadamal rayon təşkilatının sədri, Bakı Metropolitenin sabiq rəhbəri Tağı Əhmədov məhləməyə gəlməli və ifadə verməlidir.

Hakim Tağı Əhmədov gələnə qədər fasilə verildiyini açqılayıb. Lakin proses iştirakçıları buna etiraz edib.

Vəkillər fasiləyə qədər digər zərərşəkmişlərin dindirilməsini istəyib.

A.Çovdarovun vəkili Sadiq Rəsulov Musavat.com-a bildirib ki, təqsirləndirilən şəxslərin vəkilləri bu etirazı qəbul edilməyib.

"Biz əvvəlcədən bu epizod üzrə işə baxılacağını bilmirik. Çünkü cinayət işinin cildləri çox olduğu üçün onu özümüzlə gəzdirmirk. Buna görə məhkəmənin təxirə salınmasını istədik"-deyə vəkil bildirib.

Məhkəmədə saat 14:00-dək fasilə verilib. Fasilədən sonra Tağı Əhmədovun məhkəmədə ifadə verəcəyi gözlənilir.

Bildirək ki, Tağı Əhmədov Akif Çovdarova 3 milyon manata qədər pul verdiyini iddia edir. Çovdarov tərəfindən təhdid edildiyini, oğlu və qohumları ilə şantaj edildiyini deyən Əhmədov buna görə generalın tələbini yerinə yetirdiyini deyir.

Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR