İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-nin ilk rəsmi azərbaycanlı milyonçusu vəfat etdi

9254 31.10.2014 11:50 Son xəbər A A
SSRİ-nin ilk rəsmi milyonçusu, bəstəkar, Kalmıkiya Respublikası prezidentinin Yaxın Şərq və Ərəb ölkələri üzrə keçmiş nümayəndəsi Cənnət Əliyev vəfat edib. ATVxəbər.az bildirir ki, bu barədə mərhumun yaxınları bildiriblər.

Məlumata görə, keçmiş milyonçu dünən dünyasını dəyişib. Son aylarda onun səhhətində ciddi problemlər vardı.

Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə  Şahbuz rayonunun Keçili kəndində anadan olub. Naxçıvan Dövlət Pedaqoji, Xalq Təssərrüfatı İnstitutunu, habelə Sverdlovsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovskda polis orqanlarında işləyib. Yenidənqurma illərində bizneslə məşğul olmağa başlamış, qısa müddətdə uğur qazanaraq, SSRİ-nin ilk milyonçusu kimi tanınmışdı. 1994-cü ildə Kalmıkiya prezidenti Kirsan İlumijanovun Yaxın Şərq və Ərəb ölkələri üzrə nümayəndəsi təyin edilib. Bir çox ərəb ölkələrində səfərlərdə Səddam Hüseyn, Bəşər Əsəd hakimiyyətləri ilə görüşləri olub. 1997-ci ildə Əli ibn Əbu Talibin qılıncı "Zülfüqar"ın rəmzi istehsalına başlayıb, hər birini təmənnasız olaraq insanlara, səfərə getdiyi ölkələrin rəhbərlərinə bağışlamışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR