İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərkisyanın qorxulu yuxusu çin olur - narazılar birləşir

6946 20.01.2017 19:10 Son xəbər A A
Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın sədrlik etdiyi “Birlik” partiyası yaxın günlərdə sabiq müdafiə naziri Seyran Ohanyanla əməkdaşlığın formatı barədə rəsmi açıqlama verəcək. Musavat.com-un məlumatına görə, bu barədə erməni jurnalistlərinə “Birlik” partiyasının sədr müavini Stepan Markaryan deyib. “Gələcəkdə bizim əməkdaşlığımız necə olacaq, tezliklə açıqlayacağıq, amma hələlik formatı müzakirə edirik”- o, bildirib. Markaryan Seyran Ohanyanın partiyasız olduğunu xatırladıb: “Ancaq biz istənilən halda qarşılıqlı əlaqələrin formatını tapacağıq”. 

“Birlik” partiyasının funksioneri ölkədəki digər  güclərlə əməkdaşlığı da istisna etməyib. Bu sırada “Respublika”, “Parlaq Ermənistan“,Vətəndaş müqaviləsi” partiyalarından ibarət  “Çıxış” Blokunun adını xüsusi qeyd edib. “Hələlik bu istiqamətdə intensiv danışıqlar yoxdur, ancaq biz əməkdaşlığa hər zaman  hazırıq”-deyə, Markaryan bildirib. Sədr müavini onu da əlavə edib ki, hələlik yekun qərarların qəbulu üçün vaxt var.

Qeyd edək ki, S.Ohanyan aktiv siyasi fəaliyyətə başladığını və konkret hədəflərini elan etmişdi. O, bir sıra qüvvələrlə danışıqlar apardığını bildirsə də, fikrini konkretləşdirməmişdi. Ancaq ardınca erməni mətbuatı Ohanyanın 17 yanvarda “Birlik” partiyasının sədri Vardan Oskanyanla görüşdüyü haqda xəbər yaydı.

Yerli media parlament seçkilərində hakim partiyaya ciddi problemlər yaradacaq Sergey Ohanyan-Vardan Oskanyan-Raffi Hovannisyan blokunun yaranacağını istisna etmirlər. Yeri gəlmişkən, V.Oskanyan və S.Ohanyan məhz aprel savaşından sonra Sərksiyan hakimiyyətinə qarşı çıxaraq aktiv siyasi proseslərə qatılıblar. Sabiqlərin seçkiöncəsi koalisiya yaratması hakimiyyətinin ağır dövrünü yaşayan Serj Sərkisyanı çıxılmaza salıb. 

Ötən il müxalifət lideri Levon Ter-Petrosyanın ayağına gedib onu müəyyən müddətdə zərərsizləşdirməyi bacaran S.Sərkisyanın qorxulu yuxusu çin olur, müxalifətin konsolidasiyası barədə hər gün yeni xəbərlər gəlir, üstəlik, Ter-Petrosyan da aktiv fəaliyyətə start verib. Müşahidəçilər hesab edir ki, Ermənistan prezidentinin iki gün əvvəl keçmiş baş prokuror Qevork Kostanyanı özünə müşavir təyin etməsi də bu çıxılmazlığın əlamətidir. Konstanyan aprel döyüşlərinin getdiyi günlərdə “səhhəti ilə əlaqədar” istefaya getmişdi. Ancaq onun yenidən komandada yer alması başqa mətləblərdən xəbər verir. Sərkisyan narazıları neytrallaşdırmaqla komandasını möhkəmləndirmək istəyir. 

Cavid Turan,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR