İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sarkisyana mahnı da bəstələyirəm…”

2224 16.02.2015 16:35 Son xəbər A A
Müğənni, bəstəkar Elza Seyidcahan mətbuatın, medianın gündəmində qalmaqda davam edir. Onun Ermənistan prezidenti Serj Sarkisyana həst etdiyi şeir xeyli müzakirə obyekti oldu. Bundan əvvəl də bəstəkar özünəməxsus şeirlərini mətbuata təqdim etmişdi. Lakin bu şeiri xüsusi qalmaqal yaratdı.  Yazıçı və şairlər onun bu hərəkətini gülünc adlnadırdılar. Xüsusən də, bəstəkarın bu günlərdə “İlin şairəsi” adı almağı onları özündən çıxartdı.
Bəstəkar “Yeni Müsavat”ın əməkdaşına yeni açıqlama verərək bildirdi ki, artıq Sarkisyana həsr etdiyi şeirə mahnı da bəstələyir. Elza Seyidcahan onu dəstəkləyən musiqişilər barəsində danışıb:
“Mənim yaradıcılığımı Firəngiz Əlizadə, Gövhər Həsənzadə, Nailə Mirməmmədli, Aygün Səmədzadə və digərləi də dəstəkləyir. Aygün xanım İctimai TV-də musiqi redaksiyasında işləyərkən məndən həmişə kliplərimi istəyirdi. Onu da deyim ki, üzümə gülüb arxamca isə başqa söz danışan bəstəkarlar da var, amma onların heç adlarını belə çəkmək istəmirəm.
Vaqif Mustafazadənin 60 illik yubiliyendə Nəsimimn sözlərinə yazdığım kompozisiyamı təqdim etdim. Bunu V. Mustavazadəyə həsr etmişdim. Həmin vaxt onun qızı Əziə xanım tədbirə gəlməmişdi. Royalda isfa edəndə bəzi xaricilər elə bilmişdi ki, mən Əzizəyəm(gülür). Liviyadan olan musqiçilər bu mahnıma görə qarşımda baş əyib öz papaqlarını mənim başıma qoydular. Bu onlarda hörmət əlamətidir”.
Bəstəkar əməkdaşımıza son mahnısı haqqında da danışıb:
“Bu Nəsimin sözlərinə yazdığım üçüncü mahnımdır. Hələlik onun janrı və xüsusiyyəti barədə məlumat vermək istəmirəm. Tezliklə öz ifamda təqdim edəcəm”.
Yazıçı və şairlər Elza Seyidcahanın şeirlərini heç yaxın da qoymaq istəmədilər, bəs görəsən professional musiqçilər onun mahnı yaradıcılığı barədə nə düşünürlər?
Xalq artisti Flora Kərimova onun haqqında danışmaq istəmədiyini bildirdi:
“Bu  söhbətlət mənə aid deyil. Çox xahiş edirəm ki, bu barədə məndən heç nə soruşmayasız. Hamınız bilirsiz ki, onun anası...(fikrə gedir). Yox, heç nə danışa bilmərəm”.
Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə isə onun mahnılarını əsl kompozisiya adlnadırıb:
“Elza professional məktəb keçib. Onunla mən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq sinfində təhsil almışıq. Doğrudur, biz ayrı-ayrı kurslarda oxumuşuq, yəni bir qrupda olmamışıq. Mən dahi sənətkarımız Cövdət Hacıyevin, Elza isə Arif Məlikovun tələbəsi olub. O, daima öz üzərində işləyir, yaradıcılıq tədbirlərində yaxından iştirak edirdi. Bizim tələbəlik illərimiz birgə keçib. Bu baxımdan onun yaradıcılığı ilə yaxında tanışam. Onun musiqisi çox ciddidir. Bilirəm ki, onun tamaşaçılara tədim edə biləcək çox gözəl əsərləri var. Bu gün gülünc vəziyyətdə olan xeyli musiqiçilərimiz var, onlar qalıb kənarda hamısı Elzanın üzərinə düşür.
Bir sözlə, Elza peşəkar, professional bəstəkardır, musiqisində heç bir problem yoxdur, onun hər bir mahnısı bir kompozisiyadır. O bəzən istəyir ki, orkestri, ansmblı əvəz edərək, tək özü mahnısını ifa etsin, buna görə də hərdən qəribə qarşılanır. Elza mahnılarını çox cüzi tərkiblə təqdim edir. Əgər onun üçün bir qədər şərait yaradılsa və o, mahnılarını orkestr səviyyəsində təqdim edə bilsə anlaşılmaz heç nə qalmayacaq. Mən arzu edirəm ki, onun yaradıcılığı, əsərləri lazımi səviyyədə təqdim edilsin.
Bir çoxları fikirləşir ki, onun psixoloji durumu yerində deyil. Amma mən əsla belə düşünmürəm. Hər bir yaradıcı insanın qəribəlikləri var, bunu tarixdə də görmüşük. Buna görə də onun hansısa ideya və yaxud layihə barəsində fikirləri qəribə ola bilər. Fikrimcə bu cür ideyaları da  şou-biznes, gündəmdə qalmaq xətrinə yaranır.
Ümumiyyətlə cəmiyyət demək olar ki, onu yalnız mahnıları ilə tanıyır, lakin Elza çox gözəl  klassik əsərlərin yaradıcısıdır. Əsasən onun klassik əsərlərini dəstəkləyirəm. Çox istərdim ki, onun klassik əsərləri bu gün gündəmə gəlsin, çünki, bu əsərlər professional şəkildə yazılıb. Bəlkə də bundan sonra onun haqqında olan fikirlər öz yerini tutacaq”.
Qeyd edək ki, bəstəkar Sərkisyana yazdığı şeiri onun cinayətkar kimi tanınması məqsədi ilə yazdığını bildirib. Bəstəkar “Yeni Müsavat”ın əməkdaşına verdiyi müsahibədə jurnalistləri də bu petisiyaya qoşulmağa çağırıb.
Adı çəkilən qalmaqallı şeiri təqdim edirik:
Sarkisyan
danışır Bakı...!!!!!
Nahaqdan axıdılan qanlara
haqq verir Yerevandakı...!!!???
Yer üzündə
haqq verən insanlara...,
Göy üzündə
sülh sevən qartallara....
Ucaldıram səsimi...!
Səsimə səs ver a dünya........?
Haqqımıza girdilər..!
Bizə haqq ver dünya.....?
Xocalıya, Şuşaya
soxuldular, cırdılar...,
vurdular, yandırdılar..!!!
Sarkisyanlar, yanyanlar
sizdə yan var, yan, yan
bizdə can var!
Can...Can...!
Azərbaycan...can ..can...
Canı candan ayırana
bizdə qan var.
Qan..qan...!
Qanmırsan sən?!
Qanmalısan!!!
Canı candan ayırırsan?!
Qan.! Qan..!!!
Qanmayana dam, dam..!!!
Damcılanın qanımızın hesabını
dan, dan...!???
Sarkisyan..?!
Üsyan edərik, sənə üsyan..!!!
Atasız qalan övladlar
sənə küsyan..!
Yurdsuz qalan torpağımız
sənə tüğyan..!!!
Yan.., yan..!
Yanyana duran yanyanlar...!
Yuyanlar....!!!!!
Hamımızı tanrı verdi!
O sevərmi sən tökəsən
körpə quzuların qanın..!?
O qıyarmı sən sayasan
yetim körpələrin sayın!?
Heç qoyarmı tanrı....???
Məsum anaların ahın..., ahın...!!!???
Mübarizlər ölümüylə
Ödürərlər yanları...!!!!!
Siz yanansız!!!
Yana-yana qalansız..!!!
Bu dünyada sülh sevən,
haqq sevən insanlar var...!!!
Tamamsan sən!
Talansan. Sən..!
Sadə dildə danışıram səninlə...!
Şairlərim çox dedilər
Səbrlə..!
Əzimlə..!!!
Bəxtiyarlar, Şəhriyarlar verdi bizə
bu cürəti, bu qüdrəti...!!
Sarkisyan...!?
Sənə üsyan edirəm!
Mən üsyan!!!
Vətənimdən əl çək.!!!
Yurdumuzdan, obamızdan,
Elimizdən yan çək...!!!
Sarkisyan yan! Yan!!!
Sən bir dayan??!!
Sənə od qoyacam..!!!
Alacam səndən qayamı, tayamı!!!
Xalamı, atamı sən öldürdün..!!!
Gorumu, tayfamı sən söydürdün..!!!
Ocağımızı sən söndürdün???
Allahı özünə küsdürdün???
Küsdürdün Allahı üzünə..!!!
Söndürməyəcək sənin yanyananını...!!!
Yana-yana qalacaqsan Sarkisyan!!!!! Yann!!!!!

Xalidə Gəray

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR